Çörək ilə dilimlənmiş soğan sizi xilas edə bilər

Payız-qış mövsümünün başlaması ilə xəstəliklər geniş vüsət alır. Son zamanlar isə qrip epidemiyası daha çox yayılıb. Hətta Səhiyyə naziri Oqtay Şirəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar səhiyyə, təhsil müəssisələrində qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin görülməsi üçün tapşırıqlar verib. Bu barədə  Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyeva bildirib ki, nazir 2017-2018-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə əmr imzalanıb. Əmrə əsasən, səhiyyə müəssisələrində, orta məktəblərdə, məktəbəqədər və digər təhsil müəssisələrində dezinfeksiya tədbirlərinin gücləndirilməsi nəzərdə tutulub.

O, əlavə edib ki, əmrdə əhali arasında maarifləndirmə işlərinin aparılması, dərman preparatları ilə təminat, laborator müayinələrin təşkili, səhiyyə və təhsil müəssisələrində müşahidə tədbirlərinin təşkili, xəstələrin aşkarlanması, onların vaxtında tibbi müşahidələrə və müalicəyə cəlb olunması və s. kimi məsələlərlə əlaqədar profilaktik və əks-epidemik tədbirlərin görülməsi öz əksini tapıb. Həmin əmrə əsasən, ölkədə bütün kompleks tədbirlər həyata keçirilir.

Bəs, özümüzü qripdən necə xilas edək?

Mütəxəssislər bildirir ki, yoluxucu xəstəlik olan qrip özünü büruzə vermədən 1 gün öncə başlayır. İctimai yerlərdə və qapalı sahələrdə xəstəlik almaq daha asandır. Xəstəlik tənəffüs yolu ilə şəxsən keçir. Xəstəliyə tutulmuş adamın asqırma və ya öskürmə ilə havaya ötürdüyü maddə virusun sağlam adam tərəfindən tənəffüs edilməsi ilə başlayır. Bu maye halında olan maddələr iki saat ərzində havada qalır və insanlara yoluxur.

1. Qrip epidemiya halında ikən bol-bol sarımsaq yeyilməlidir. Evdə qripli biri varsa, otağının bir küncünə soyulmuş sarımsaq qoyulması xəstəliyin yoluxmasına maneə törədir.

2. Çörək ilə dilimlənmiş soğan bədəni zərərli maddələrdən təmizləyir və sinir sistemini gücləndirir.

3. C vitamini, portağal, mandarin, qreyfurt və limon bol-bol tükətmək lazımdır.

4. Çoxlu banan yemək də faydalıdır.

5. İki çay qaşığı çiy qəhvə, bir yumurtanın sarısı ilə qarışdırılaraq içinə bir çay qaşığı limonun suyu əlavə edilir. Bu qarışığı həb şəklinə gətirərək udun.

6. Adaçayı ilə qarqara edin.

7. 1 kilo su içində 10 qram quru əncir, 10 qram quru üzüm qaynadılır. İçərisində beş banan əzilir. Xəstəlik keçənə kimi bu qarışıqdan istifadə edə bilərsiniz.

Qrip tər vasitəsilə də bədəndən çıxır. Bunun üçün nanə-limon qarışığı hazırlayıb isti-isti içmək məsləhətdir. Daha sonra yorğanın altında girərək tərləmənizdə fayda var. Ayrıca müxtəlif şorbalar qəbul edərək sağala bilərsiniz. Xüsusilə tarhana şorbası qəbul etmək xəstəlikdən asanlıqla və tez qurtarmağa kömək edəcək.

Çünki еərkibində bol miqdarda A, B və C vitamini, bol fosfor, yod, kükürd kimi bədənə çox faydalı maddələr var. Saymaqla bitməyən faydaları olan tarahana şorbası immunitet sistemi üçün olduqca mühümdür.

Share: