Qərb Suriyadakı situasiyanın inkişafına təsir imkanlarını əldən verib.
Müstəqil.Az xəbər verir ki, bu sözləri Almaniya mətbuatına müsahibəsində Almaniya parlamentinin Xarici Siyasət Komitəsinin rəhbəri Norbert Ryotgen deyib. Onun sözlərinə görə, Suriyaya təsirin olmaması ABŞ və Avropanın Yaxın Şərqdəki uğursuz siyasətinin nəticəsidir:
“Suriyada xüsusilə İdlibdə tezliklə genişmiqyaslı əməliyyat başlayacaq. Bu işdə aparıcı rolu Suriya, Rusiya və İran oynayacaq. Bu, Qərb ölkələrinin bu regionda son illərdə apardığı siyasətin nəticəsidir.
Suriyaya görə, bütün məsuliyyət ABŞ Prezidenti Barak Obamanındır. Məhz o, 2013-cü ildə Əsədin kimyəvi hücumuna reaksiya vermədi. Halbuki Obama öncələr bunu qırmızı xətt kimi irəli sürmüşdü.
Avropa artıq diplomatik dilənçidir. İndi biz Rusiya, İran və Əsəddən əvvəl etdiklərini təkrarlamamaqlarını xahiş edirik. Dəqiq bilirik ki, onlar bu xahişi icra etməyəcəklər. 7 ildir AB Suriyada buraxdığı səhvlərdən heç bir nəticə çıxarmır”.
İlkin H.