Suriyada kimyəvi silahla hücum təxribatı törədilə bilər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin köməkçisi Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, Suriyadakı terrorçuların əli ilə kimyəvi silahdan istifadə oluna bilər: “Daha sonra bu bəhanə ilə Şam günahlandırıla və ona qarşı hücuma keçə bilərlər”.
Ryabkov Türkiyə və Rusiyanın Suriya məsələsində fikir ayrılıqlarının da olduğunu deyib.
“Türkiyə də Rusiya kimi ciddi milli maraqları olan bir ölkədir. Mövqelərimiz 100 faiz üst-üstə düşməyə bilər, bu normaldır. Lakin ortaq mövqenin tapılması üçün siyasi-diplomatik addımlar atılır”, – deyə o bildirib.