Bal ayına gedən tibb bacısı qəhrəmanlıq göstərdi – İBRƏTAMİZ…

26 yaşlı çinli tibb bacısı yeni evləndiyi əri ilə bal ayına gedərkən dəhşətli qəzaya şahidlik edib. Önündəki avtomobilin başqa bir avtomobillə toqquşması nəticəsində yanğın baş verib və qadın yaralıların köməyinə gələrək onları ölümdən xilas edib.
Moderator.az xəbər verir ki, dünya miqyasında səs gətirən hadisə Çinin qərbində Xining şəhərində baş verib. Cəsarətli qadın qəza zamanı səkkiz nəfərdən dördünü xilas edib.
Yaralılar 20 dəqiqədən sonra təcili yardımla xəstəxanalara aparılıb. Yerli media tibb bacısının Hunan əyalətində yerləşən “Qızıl xaç” xəstəxanasında çalışdığını bildirib.
Müstəqil.Az

Share: