“Şahdağ Turizm Mərkəzi” QSC-nin Nizamnamə kapitalı 14 dəfədən çox artırılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və Strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
İndiyə qədər “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnamə kapitalı 37 milyon 777 min 427,56 manat olub və onun səhmlərinin nominal dəyərindən təşkil edilib.

Nizamnamə kapitalı nominal dəyəri 100 manat olan 377 min 774 ədəd adi səhmlərdən ibarət olub. Dəyişikliyə əsasən “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnamə kapitalı 546 milyon 775 min 725.05 manata, Nizamnamə kapitalı nominal dəyəri 100 manat olan 5 milyon 467 min 757 ədəd adi səhmlərə çatdırılıb. Beləliklə, Cəmiyyətin Nizamnamə kapitalı 14 dəfədən çox artırılıb.

Share: