Lənkəranda yaşayan kiçik yaşlarından incəsənətə maraq göstərən istedadlı bir məktəblidən söz açmaq istəyirik.
O,əlləri ilə möcüzələr yarada bilir…
Duyğularını,içindəki istedad bulağının zərrələrini fırçası ilə gah rəsmlərdə canlandırır,gah da piano notlarında…
Haqqında danışdığım bu yeniyetmə istedad barəsində öncə qısa məlumat verim:
Sultanzadə Rafiq Xalid oğlu 18.02.2004-cü ildə Lənkəran şəhərində anadan olub.
2011-ci ildə H.Rzayeva adına 2 sayli musiqi məktəbinə daxil olub, 2018-ci ildə Fortopiano ixtisası üzrə tam kursu əla qiymətlərlə bitirib.
Rəsmə olan xüsusi həvəsi və marağı onun yolunu 2016-ci ildə Lənkəran şəhər uşaq rəssamlıq məktəbindən salmışdır.
O,hal hazirda həmin məktəbin 3-cü sınıf şagirdidir.
Ressamlıq müəllimi Xəzər Ibrahimovun göstərdiyi işıqlı yol onun bir çox müsabiqələrdə uğur qazanmasına səbəb olub…
“Yurdumuza bahar gəlir ” adlı Respublika uşaq rəsm müsabiqəsinde iştirak edərək diplomla təltif olunub. Sonra isə, “İnsan ekologiyasi”, “Narkomaniya, cənublu mekteblilerin gözü ile” rəsm müsabiqəsində fərqləndiyinə görə sertifikat almışdır.
Lənkəran cənub regional televiziyasının “Super uşaq” verilişinin iştirakçısı olan Rafiqin ən böyük dəstəkçiləri valideynləridir.
2 saylı məktəbin 10 -cu sinif şagirdi olan Rafiqin Azərbaycanın gələcək rəssamı kimi ölkəmizə çox uğurlar gətirə biləcəyini düşünən valideynləri,müəllimləri və sevdikləri onun uğurları üçün əlindən gələni etməyə hazırdır.
Rafiq həyata hər kəsdən fərqli yanaşmağı bacarır…
Şairlərin sözlə yaratdığı tabloları o,özünəməxsus baxışları ilə boyalarla canlandırır…
Sözünü,mesajlarını rəsmləri ilə çatdırır dünyaya…
Rafiqin incəsənətin ən kövrək bölmələrindəki xüsusi bacarığı inanırıq ki,onun yollarını daha da uca zirvələrə doğru aparacaq.
Müstəqil.Az saytı olaraq bu məktəbli istedada yaradıcılığında uğurlar arzulayırıq.
Aysel Səfərli
Fotolar: