Ərdoğan Rusiyanın dəstəyinə ümid edir…

Türkiyənin təhlükəsizliyini birbaşa təhdid edən qruplaşmalara qarşı verdiyimiz mübarizə çox önəmlidir. PYD və DSQ (Demokratik Suriya Qüvvələri) nəzarətində olan bölgələrin terrorçulardan təmizlənməsinə böyük önəm verdiyimizi maraqlı tərəflərin hamısına çatdırmışıq.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Kommersant” nəşrinə verdiyi müsahibə zamanı deyib.

“Təəssüf ki, son zamanlarda PYD və DSQ-yə xüsusən ABŞ-ın verdiyi müstəsna dəstəyin hələ də davam etdiyini müşahidə edirik. Bölgədəki və dünyadakı millətlər arasındakı tarazlığa zərər vuran bu cür addımlara son verilməlidir. Türkiyənin PKK, PYD və DSQ kimi terror qruplaşmaları ilə apardığı mübarizəyə Rusiyanın da dəstək verəcəyinə ümid edirik. Bir-birinə qonşu olan ölkələrimizin bir-birinin təhlükəsizliyini təhdid edən vəziyyətlərə ortaq mövqe göstərmələri vacibdir”, – Ərdoğan bildirib.

Orxan T.

Share: