Baş nazirin dedikləri həqiqət deyil – Prezident

Həririnin söylədikləri həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu sözləri Livan Prezidenti Mişel Avn ölkəsinin baş naziri Saad Həriri barədə açıqlamasında deyib.

“Baş verənlər Səudiyyə Ərəbistanında Həririnin yaşadığı şübhəli və əsrarəngiz vəziyyətin nəticəsidir. Livan baş nazirinin beynəlxalq sövdələşmələrlə və dövlətlərarası hüquqla ziddiyyət təşkil edən bir vəziyyətdə saxlanlıması qəbuledilməzdir”, – deyə o bildirib.

Qeyd edək ki, Saad Həriri Səudiyyə Ərəbistanında olarkən televiziyalardan birində canlı yayım zamanı qəfildən istefa etdiyini açıqlamışdı. Livanlı rəsmilər isə Həririnin Səudiyyə Ərəbistanı tərəfindən saxlanıldığını və məcburiyyət qarşısında istefa etdiyini söyləmişdilər.

Müstəqil.Az

Share: