Gəlin toy gecəsi hamını DƏHŞƏTƏ GƏTİRDİ: yaxınları onu… – AĞLASIĞMAZ OLAY (FOTO)

Türkiyənin Çorum vilayətində toyda gəlin və bəyin ailələri arasında gəlinə taxılan qızıllarla bağlı fikir ayrılığı yaranıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, mübahisə nəticəsində tərəflər toy günü evliliyə son qoymaq qərarına gəliblər.

Məlumata görə, mübahisə qız tərəfinin qızılları götürmək istəyinin bəyin ailəsi tərəfindən qəbul olunmaması nəticəsində yaranıb. Tərəflər fikir ayrılığına son qoya bilməyiblər. Nəticədə gəlinin yaxınları onu mikroavtobusla toyun keçirildiyi ünvandan aparıblar.

Bəyin ailəsi polisə zəng edərək gəlinin qaçırıldığını xəbər verib və kömək istəyib. Hadisə yerinə gələn polis mikroavtobusu təqib edib və onu Çorum-Ankara yolunda dayandırıb. Gəlinlik isə zibillikdən tapılıb.

Bəyin ailəsi gəlin üçün verdikdikləri 15 min lirə və toyda taxılan qızılların qaytarılacağı halda, şikayətçi olmayacaqlarını bildiriblər. Bu mövzuda razılaşan iki ailə toy günü evliliyə son qoymaq qərarına gəliblər.

Share: