Hər gün geyindiyimiz geyim ucbatından göl səhraya çevrildi – MARAQLI

Dünyada ən çox üstünlük verilən paltarların başında gələn cins şalvar istehsalı üçün ehtiyac duyulan Aral gölünün suyu quraqlaşaraq şoran bir əraziyə çevrilib.
Moderator.az xəbər verir ki, suları 40 il ərzində sürətlə çəkilən göl bu gün kater və gəmilər üçün əlverişsiz vəziyyətdədir. Bu mənzərənin memarı isə Orta Asiyadakı pambıq istehsalıdr.
1980-ci illərdə dünyanın ən böyük pambıq istehsalçısı mövqeyinə gələn Özbəkistan bu rekordu Aral gölünə borclu idi. Əldə edilən pambıqlar isə cins parça istehsalında istifadə olunurdu.
Bir cins şalvar istehsalı üçün 15 min 500 litr su lazım idi. Bütün bu ehtiyacı ödəyən göl sürətlə quraqlaşaraq zaman içində şoran bir əraziyə çevrildi. Beləliklə bitki örtüyünün itməsi ilə temperatur da dəyişildi. Soyuqlar mənfi 30 dərəcə, istilər isə  45 dərəcəni keçdi.
Bölgədə yüksələn xərçəng, yüksək təzyiq və iflic xəstəliklərinə pambıq zavodlarından sızan tullantıların təkan verdiyi də bəlli oldu.
Share: