Azərbaycan İndoneziyaya 50 min dollarlıq yardım etdi

Avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, avqust ayında İndoneziyada baş verən təbii fəlakət nəticəsində ölkənin xüsusilə Lombok adası zərər çəkib, ümumilikdə isə 70 minədək ev, 600-dən çox məktəb, 3 xəstəxana, 65 məscid, 5-dən artıq körpü dağılıb.

Təbii fəlakət yərində fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatları və beynəlxalq kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən zəlzələ zamanı 2000 yaxın şəxs həlak olub, 390 minədək əhali evsiz qalıb.

Share: