Pələng işçini parçaladı.-Zooparkda ölüm….

Yaponiyanın Kaqosima şəhərində yerləşən zooparkın əməkdaşı nadir ağ pələngin hücumu nəticəsində həyatını itirib.

Müstəqil.az TASS-a istinadən xəbər verir ki, 40 yaşlı kişi boğazından dişlənmiş şəkildə heyvanlar üçün nəzərdə tutulmuş açıq havadakı sahədə aşkar edilib və dərhal xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Zooparkda faktla bağlı müvafiq yoxlamaya başlanılıb. Heyvanlara qulluq və onlarla davranış üsulları araşdırılır.

Share: