Rusiya Milli Antiterror Komitəsi və təhlükəsizlik qüvvələrinin Dağıstanın Xasavyurd bölgəsində həyata keçirdikləri əməliyyatlarda İŞİD terror təşkilatı ilə əlaqəsi olan 2 şəbəkə üzvü öldürülüb.
Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, əməliyyatın Endirey kəndində bir çox terror aktında iştirak edən silahlı şəbəkə üzvlərinin gizlənməsi ilə bağlı informasiya əsasında keçirildiyi bildirilib.
Əməliyyatda İŞİD-lə əlaqəsi olan şəbəkə ələ keçirirlib. Silahlarını verməyən və təslim olmağı rədd edən 2 şəbəkə üzvü isə məhv edilib.
Nərmin Əkbərli