Müstəqil.Az bildirir ki,Tələbələrə müjdə-LDU-da yeni yataqxana binasının inşasına başlanılıb.
Lənkəran Dövlət Universitetində ( LDU) təhsil alan tələbə və magistrantları, həmçinin onların valideynlərini müjdələyə bilərik. Təqribən 3min 500-ə qədər tələbə və magistrantın təhsil aldığı LDU-da 5 mərtəbəli 160 yerlik yeni yataqxana binasının inşasına başlanılıb. Yeni bina universitetin idarəçiliyinə verilən keçmiş peşə məktəbinə məxsus qəzalı binanın yerində inşa edilir.Artıq ikinci həftədir ki, köhnə binanın söküntüsü işləri aparılır.Yaşayış sahəsi 1100 kv.m olacaq yataqxana binasında tələbələrin normal yaşayışı,asudə vaxtlarının təşkili üçün bütün şərait yaradılacaq, kompüter otaqları, kitabxana, xidmət otaqları fəaliyyət göstərəcək.Yataqxana binasının növbəti 2019-2020-ci ildə tələbələrin istifadəyə verilməsi nəzərdə tutulur.
Hazırda Lənkəran Dövlət Universitetində ancaq qız tələbələr yataqxana binasından istifadə edirlər. 50 nəfərlik qızlar yataqxanası 2016-cı ildə əsaslı şəkildə yenidən təmir olunub və burada tələbələrin yaşayışı, normal istirahəti üçün hər cür şərait yaradılıb, həmçinin qızların dərsə getmələri üçün ayrıca mikroavtobus da ayrılıb.
Lənkəranda evlərin aylıq kirayə haqqı 50 manatdan baha olduğuna görə, yeni yataqxananın inşası aztəminatlı ailələrdən olan tələbələrin yaşayış probleminin həlli deməkdir.Bu amil gələcəkdə universitetə tələbə axınını da şərtəndirə bilər.Xatırladaq ki, hazırda Lənkəran Dövlət Universitetində iki yeni tədris korpusunun da inşası aparılır.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.