Türkiyənin Adana vilayətində qandonduran hadisə baş verib.
Müstəqil.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Səlma C. adlı qadın biri qız olmaqla, 3, 8 və 10 yaşlarında olan üç uşağının boğazlarını kəsərək öldürüb.
Daha sonra biləklərini kəsən qadın ağır yaralı olaraq xəstəxanaya çatdırılıb.
Polis cinayətin səbəblərini araşdırır.