Müstəqil.Az xəbər verir ki, “Məktəbgushesi.az” portalı virtual sorğu vasitəsilə “Hansı kollecin fəaliyyətini cəmiyyət üçün yararlı hesab edirsiniz?” nominasiyalı sorğunu keçirib.
Bu sorğunu təşkil etməkdə məqsəd modernləşən təhsil sistemimizin inkişafında həm taktiki, həm də strateji istiqamətləri ön plana çəkmək, yeniləşən dünyada təhsilin ayrı-ayrı pillələrinə o cümlədən kolleclərə yeni prizmadan yanaşmaq idi.
Bir ay müddətində keçirilmiş sorğuda ümumilikdə 8527 respondent iştirak etdi. Tanınmış təhsil ekspertlərinin də yaxından müşahidə etdiyi sorğu qısa zaman ərzində səs verən respondentlər arasında ciddi rəqabətə çevrildi. Keçirilmiş sorğu nəticəsində I yeri 4414 səslə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleciqazandı.
Bu qələbə cəmiyyətdə hələ də müəllim peşəsinə xüsusi sevginin olması, qocaman təhsil müəssisəsində idarəetmənin düzgün qurulması, kollec kollektivinin xüsusilə pedaqoji heyətingərgin zəhmətinin bəhrəsi, kollecə sevgi və ümid bəsləyənlərin çox olması ilə bağlıdır.
Müstəqil.Az