Dünyanın rekordlar kitabına düşən qəsəbəmiz və əfsanəvi neft daşları…

Bu gün dünyanın səkkizinci möcüzəsi adlandırılan əfsanəvi Neft Daşlarının salınmasından 69 il ötür.

7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1 nömrəli quyu (Qala lay dəstəsindən) gündə 100 ton hasilatla istismara daxil olub və dənizdə neftçıxarmanın əsası qoyulub. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olub.

1949-cu ildən Neft Daşlarında 1940 quyu qazılıb, 160 milyon ton neft, 12.3 milyard kubmetr qaz əldə edilib.

Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilib.

Neft Daşları Ginnesin Rekordlar Kitabına ən birinci dəniz neft platforması kimi daxil olub.

 

Share: