Bakıda istirahət mərkəzlərindən birində xoşagəlməz hadisə baş verib.
Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, Xəzər rayonu ərazisindəki istirahət mərkəzlərinin birində Vüqar Mustafayev adlı şəxs əşyaları qəsdən sındıraraq uzaqlaşıb.
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs tutularaq istintaqa təhvil verilib. Məlum olub ki, Türkan qəsəbə sakini V.Mustafayev Mehman Tarverdiyev adlı şəxsə məxsus “VAZ-2107” markalı avtomobili də qaçırıb.
Araşdırmalar davam etdirilir.