23-29 oktyabr Türkiyənin Adana şəhərində keçirilən “Uluslararası Türk dünyası şeir və müzik festivalı” iştirakçıları öz xatirələrini sosial şəbəkədə paylaşmağa davam edirlər…
Müstəqil.Az oxucu Gülnar Əhmədovanın paylaşımını təqdim edir:
10 gündən sonra Bakıdan Türkiyəyə 4-cü Uluslararası Çukurovada Türk dünyası şeir və muzik festivalına yola düşməyimizdən düz bir ay ötəcək…
60 nəfərlik avtobusda çoxu bir-birini tanıyırdı.Tanımayanlar da geri dönənədək bir-biriylə doğmalaşıb dostlaşmışdılar.15 il yollarda olduğum üçün Yolçuluğun çətinliyini də bilirdim.Amma bu yol bizim üçün maraqlı və xoş keçdi.Avtobusdakı insanların hamısı yazarlar,jurnalistlər, musiqiçilər,və.s. idi.Mən yazar olmasam da,bir oxucu kimi öz təəssüratlarımı sizlərlə bölüşmık istədim…
Dəyərli insanlar, Nəcibə xanım və İlqar Türkoğluna sonsuz təşəkkürümü bildirirəm ki,sayələrində bu cür gözəl insanlarla birlikdə bir neçə gün gözəl vaxt keçirə bildim,əksəriyyətini tanısam da yaxından bir daha tanış olub doğmalaşdıq.
Avtobusda yanaşı oturub uzun yolu Görkəmli şairimiz Fikrət Sadığın qızı Aysel Fikrət ilə birlikdə getdim.Oteldə gə otaq yoldaşım olan Aysellə o qədər gözəl söhbətlərimiz,xatirələrimiz oldu ki…
İnanıram ki, bu dostluğumuz daimi olacaq.
İkinci tanıdığım insan isə gözəl səsli,istedadlı Suma oldu.O Suma ki,festivalın 2-ci günü zalı coşdurmağa,insanları kövrəltməyə nail olmuşdu.Əminəm ki,onun səsi möhtərəm səhnələrdən gələcək.
Yaddaqalan günlərdən biri də Ayaz Arabaçının ad günü oldu.Özü demişkən 4 təkər üstündə..))
Onun zarafatcıl olduğunu da yolboyu etdiyi səmimi,maraqlı söhbətlərindən bildim.Şairliyinə də söz ola bilməz.
Axşamlar yığışıb otelin 1 -ci mərtəbəsində çal-çağır etdiyimiz gecələr tez-tez yadıma düşür. Şairə Arzu Nehrəmlinin də ad gününü birlikdə qeyd etmək Türkiyə səfərinə qismət oldu.
Yol boyu Zəka Vilayətoğlu,Azər Fərmayıloğlu,Zeynəb Dərbəndli,Xəyyam Astaralı,Elmir Mədətoğlu öz gözəl musiqileri ilə bizi darıxmağa qoymadılar.
Şairlərin növbə ilə şeir deməsi də bir başqa cür zövq oxşadı .
Hər kəs biri bir cür bacarığı,bir sözü ilə ilə yadda qaldı-
Nəcibə İlkin,Faiq Balabəyli,Mikayıl Bozalqanlı,Süleyman Abdulla,Sehran Allahverdi,Aybəniz Qafarlı,Əyyub Şirvanlı,Adilə Nəzər,Arzu Nehremli,Rəfiqə Abbasova,Nigar Arif,Narıngül Nadir,Aləmzər Sadıqqızı,Şəfəq Sahibli,Nazim Hüseynli,Qüdret Hüseynov,Nazım Veliyev,Elmira Aslanova,Perixanım Mikayılqızı,Oqtay Şəfioğlu,Fazilə Qafarlı,Xalidə Nuray,Qabil Nəbiyev,Əli Əlibeyli,Fəxrəddin Qəribsəs,Tahirə Məğrur,Loğman Məhəmmədoğlu,Sadıq Qarayev,Bənövşə Daşdılı,Lətafət Cabbarlı,Günel Dəniz,Lalə Mədətova,İlham Qurbanoğlu,Elməddin Həbiboğlu,Suma,qardaşı Zaur Tapdıqov,Mənsurə Yusifova,Düzgün Atalı,Elli Atayurd,Aysel Əlizadə,Aysel Xanlarqızı,Aysel Fikret,Adilə Nəzər,Əntiqə Qonaq və dəyərli Ramiz Qusarçaylı….
2 heftedən artıqdır evə dönmüşük.Amma o günleri hər gün yada salırıq.İnanıram ki ,uzun müddet yaddaqalan olacaq. Türkiyədə bizi yüksək səviyyədə qarşılayan Halise Tekbaşa da xüsusi Təşəkkürümü bildirirem.Hər kəsə qarşı zərif və diqqətli idi.
Adana Valiliyinə,Kariasalı Belediyyəsinə- Varda körpüsünə,Sevgi Adasına və s.yerlərə ekskursiyalarımız inanıram ki,yaddaşımızdan silinməyəcək.
Türk dünyası olaraq birlik göstərib dostıuq ,qardaşlıq təməli altında irəliləmək qürurverici və möhtəşəm bir duyğudur…
Gülnar Əhmədova
FOTO: