Tehranın İrəvanla gizli həyata keçirdiyi layihə.
Sosial şəbəkədə Araz üstündə İranla Azərbaycan arasında yerləşən Xudafərin körpüsünün yeni olduğu iddia edilən şəkillər yayılıb.
İstiPress-in məlumatına görə, şəkildə Xudafərin ətrafında hansısa tikinti işlərinin getdiyi, əraziyə tikinti materiallarının töküldüyü və işçilərin müvəqqəti qalması üçün dəmir konteyner yerləşdirildiyi aydın görünür.
Fotonu gördükdən sonra ağla ilk gələn İranın Ermənistan işğalçıları ilə birlikdə Xudafərin körpüsünü su altında qoyan su anbarı layihəsini həyata keçirməyə başlaması olur. Bu məsələ 1990-cı illərdən gündəmdədir və 1988-ci ildən SSRİ ilə İran arasında imzalanmış müqaviləyə əsasən körpü su altında qalmalı idi.
Yəni ağla ilk gələn olur ki, İran Azərbaycanın icazəsi olmadan onun işğal edilmiş ərazisində işğalçılarla birlikdə su anbarı tikməyə qərar verib. Əgər belədirsə, bu, həm də İranın Qarabağı işğal etmiş Ermənistan ordusuna açıq dəstəyi deməkdir. Bu, Azərbaycan ərazilərinin işğalında İranla Ermənistanın ortaq olması deməkdir.
Hər halda, işğal edilmiş ərazidə tikilmiş anbarın suyunun, həm də onun üzərində qurulan sus elektrik stansiyasının enerjiinin yarısı şimal tərəfə, yəni işğal rejiminə verilməlidir. Məsələnin Azərbaycanın icazəsi olmadan həyata keçirilməsi İranın həm də Azərbaycanın ərazi bütiövlüyünü de-fakto tanımaması deməkdir.
Amma məsələni bir qədər araşdırdıqda fotonun köhnə oldğu ortaya çıxır. Yəni İran erməni işğalçıları ilə birlikdə artıq o su anbarını tikib və üzərində də su elektrik stansiyası (SES) quraşdırıb. Yəni İran de-fakto Azərbaycanın ərazisinə müdaxilə edib və işğal faktorunda ermənilərlə şərik olub. Azərbaycan ictimaiyyətini duyuq salmamaq üçünsə layihə dəyişdirilib və bənd Xudafərin körpüsüdən yuxarı keçirilib. Azərbaycanda bu barədə söhbət düşən kimi dərhal körpünün ən son fotoları dərc olunur ki, bəs hər şey yerindədir, heç bir tikinti yoxdur.
Erməni KİV-ləri Xudafərin su anbarının tikintisinin 2010-cu ildə başa çatdırıldığını və həmin ildən hər iki tərəfə – İrana və Qarabağdakı işğal rejiminə enerji verildiyini bildirir. SES üçün avadanlıq quraşdırılmasına isə İran tərəfin 2009-cu ildə vəsait ayırıb, bu barədə İran mətbuatı məlumat yayıb. Erməni mətbuatı hətta su anbarının tikintisinin başa çatdığını göstərən şəkillər də yayıblar.
Dəqqətlə araşdırdıqda həmin şəkillərin saxta olmadığı ortaya çıxır. Çünki peyk görüntüləri də artıq Xudafərin su anbarının su ilə dolduğunu göstərir. Peyk görüntüləri su anbarının və SES-in həm də işğal rejimi tərəfindən istismar edildiyini ortaya çıxarır. Hər halda, müasir dünyada, heç nəyi gizlətmək mümkün deyil.