BDU-nun dünən işdən azad edilən rektoru Abel Məhərrəmovu professor Əmrah Dadaşovun əvəz etməsi barədə yayılan məlumat əsassızdır.
Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında BDU mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib. Onun sözlərinə görə, hazırda BDU-ya rektor əvəzi təyin olunmayıb.
Qeyd edək ki, professor Əmrah Dadaşovun BDU-nun rektor əvəzi təyin edildiyi xəbərini Minval.info tirajlayıb. Hazırda birinci prorektor da daxil olmaqla, 5 prorektordan heç birinin bu funksiyanı yerinə yetirməməsi isə prorektorların ötən gün rektorla birgə vəzifədən alınması haqda yayılan məlumatın səhihliyini gücləndirib.
Universitetin mətbuat xidməti prorektorla bağlı məlumatı şərh etməyib.
Billurə YUNUS