Gürcüstan məhkəməsi Saakaşvili ilə bağlı qiyabi həbs qərarını qüvvədə saxladı

Tbilisi Apellyasiya Məhkəməsi birinci instansiyanın 2005-ci ildə sabiq deputat Valeri Gelaşvilinin döyülməsi ilə əlaqədar iş üzrə qiyabi olaraq 6 il müddətinə həbs cəzasına məhkum edilmiş ölkənin keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı qərarını qüvvədə saxlayıb.

Müstəqil.Az  bildirir ki, bu barədə KİV-ə iş üzrə prokuror Arçil Tkeşelaşvili məlumat verib.

Qeyd edək ki, keçmiş prezident M.Saakaşvili cari ilin iyun ayında Tbilisi Şəhər Məhkəməsi tərəfindən qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Müstəqil.Az

Share: