Dərman da gözəldi, dərd də gözəldi!!!

Müstəqil.Az “Xəzər” klinikasının Baş həkimi İlqar Yusibovun şeirin təqdim edir:

 

Ov olan ,bərədə ova tələsən,
Quzu da gözəldi, qurd da gözəldi!
Babası uyuyan, nəvəsi gəzən,
Qəbir də gözəldi, yurt da gözəldi!

Arif tez anladar tərsə düzünü,
Catar qaşlarını, qıyar gözünü,
Deyərkən nahaqqa düz, haq sözünü,
Yumşaq da gözəldi, sərt də gözəldi!

Kaş il yata qala,ömür getməyə
Kama yetişmədən istək bitməyə.
Bir eşq xəstəsinə məlhəm etməyə,
Dərman da gözəldi, dərd də gözəldi!

Naşılıq yelləri başda əsəndə
Kəç oğul bəxtini salanda fəndə,
Övlada çəzanı ata kesende.
Fərman da gözəldi, şərt də gözəldi!

İlqar, saf könlünə nurdan xəyal ver,
Zəher göndərənə pətəkli bal ver,
Quyu axtarana zirvə ver, yal ver ,
Dostu üç sınama, dörd də gözəldir!!!

İlqar Yusibov

Share: