Türkiyənin Ankara şəhərində baş verən qatar qəzasında ölənlərin və yaralananların sayı artmaqdadır.
Publika.az xəbər verir ki, qəzada 1 maşinist olmaqla, 6 nəfər ölüb. 46 nəfər yaralanıb. Ankara Respublika Baş Prokurorluğu qəza ilə bağlı istintaq əməliyyatı başladıb.
***
Türkiyənin Ankara şəhərində qatar qəzasının səbəbi açıqlanıb.
Ankara valisi Vasip Şahin sürət qatarının şəhər ətrafına gedən qatarlardan biri ilə toqquşduğunu bildirib.
Hadisə nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb.
***
Türkiyənin paytaxtı Ankarada sürət qatarı qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, qatarının qəzaya uğraması nəticəsində çox sayda ölü və yaralı var. İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 20 nəfərə yaxın sərnişin yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.
Qatar Ankara-Konya marşrutu üzrə hərəkət edirmiş.
Qəzanın baş vermə səbəbi hələ məlum deyil. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.