1.Yaponiya-Kyota
Bu şəhərin oktyabr-noyabr ayları aralığında əsrarəngiz bir dövrü var. Şəhər tamamilə gilas ağacları ilə bəzənmiş bağçanı xatırladır. Yaponiyaya səyahət edərkən, mədəniyyət, hörmət və sayğının nə demək olduğunu daha dərindən anlayırsan. Bu ölkəni gəzdikcə Fuşimi-inari, Kiyomizudera, Yasaka şrine, Nanzenji, Ginkaku-ji, Kinkaku-ji tapıntıları mütləq kəşf etməli olduğunuz yerlərdir.
Günlük büdcə olaraq, təqribi 50-60$ kifayət edir.
2. Sloveniya-Lyubliyana
Payız aylarında gəzməli olduğunuz ən önəmli ölkələrdən biri də Sloveniyadır. Xüsusən, Lyubliyanada Tivoli parkı və şəhəri təpədən görə biləcəyiniz Lyubliyana Grad(Lyubliyana qalası) və qalanın altında tarixi şəhərin mərkəzini mütləq görməlisiniz.
Gecə həyatını sevənlər üçün Skeleton Bar tələbə və gənclərin əylənəcəyi gözəl bir klubdur. Bu ölkəni digər ölkələrdən fərqləndirən xüsusiyyətlərdən biri qiymətlərin çox ucuz olmasıdır.
Günlə büdcə olaraq, təqribi 40-50$ kifayət edir.
3. Macarıstan- Budapeşt
Bu şəhərə gələrkən, Gallert təpəsindən şəhəri izləməyi,Balıqçılar qalasını görməyi,Qəhrəmanlar Meydanında dolaşıb,Vasosliget yəni şəhər parkını gəzməyi unutmayın.
Günlük büdcə olaraq,40-50 euro kifayət edir.
4. Ruminya-Bukreş
Şəhər Herastrau parkının böyüklüyünə görə seçilir. Bu parkda saatlarca gəzib,şəhər mərkəzində yerləşən Strada Lipscanı məhəlləsində vaxt keçirib,axşamı isə Bamboo klubda əylənmədən geri dönməyin.
Şəhər bahalı olmamaqla yanaşı, taksiləri də çox ucuzdur.
Günlük büdcə olaraq,təqribi 50 euro kifayətdir.
5. Belçika-Brugge
Bu şəhər tam olaraq romantikanın dibi,insanın ruhunu həssaslaşdıran fərqli bir ortamdır. Kanalları, dar küçələri, kotik memarlığı ilə inşa edilmiş kilsələri insanı sehirləyir.
Brugge eyni zamanda,şokolad və kartof qızartması ilə məşhurdur.
Günlük büdcə olaraq,50 euro kifayətdir. Bu şəhərə 2 günlük səyahət yetərlidir.
6. Misir-Qahirə
Qızmar yayın istisindən sonra sərin və həzin hava ilə əhatələnmiş Misiri payızda səyahət etmək əla bir zamandır.
Qahirədə Egyptian Muzeyini və Nil çayını görə bilərsiniz. Bununla bərabər, şəhərdən 1saat uzaqlıqda yerləşən Misir piramidaları insanı öz sehrinə sala biləcək möcüzələrdən biridir. Piramidaların ətrafını dəvə və ya at kirayələyərək gəzə bilərsiniz.
Misir axşamlarında Qahirədə yerləşən Nil çayı ətrafında tikilmiş kafe və restoranlarda gözəl Misir yeməyi yeyə, nargilə sevirsinizsə həyatınızda dada biləcəyiniz ən gözəl nargiləni içə bilərsiniz.
Günlük büdcə olaraq, təqribi 50-60 euro kifayət edər.
7. İsveç-Stokholm
Payızda gəzə biləcəyiniz ən sakit və hüzur verici bir ölkədir.
Buraya gəlsəniz, Gamla Stan adlı qədim şəhərciyi gəzməyi tövsiyə edirik.
Stokholmda əsrarəngiz metro stansiyalarıda var ki, sadəcə yarım gün bu stansiyaları gəzə bilərsiniz. Unutmayın ki, bu şəhər dənizin üzərində qurulmuş və dörd tərəfi möhtəşəm parklarla əhatə edilmişdir. Eyni zamanda, şəhər “mədəniyyət paytaxtı” kimi də tanınır.
Qeyd edək ki,soyuğu sevən insanlar üçün ən unikal yaşanılacaq ölkə İsveçdir.
Günlük büdcə olaraq, səyahət üçün təqribi 60-80 euro lazımdır.
8. İtaliya-Roma
4 mövsümdə böyük bir zövqlə gəziləcək ölkələrdən biridir.
Payızda Vatikan, Fontana di Trevi(“Aşiqlər çeşməsi”), Pantheon və Colosseum başlıca olaraq görməli olduğunuz yerlərdir. Buranın dünyaca məşhur pizzalarını, makaronlarını dadmadan qayıtmayın. Axşamları, şəhərin ən önəmli meydanlarından olan Spanish Steps’ə (“İspaniya pilləkanı”) gəlib, burada toplanan yerli və xarici gənclərlə söhbət edərək şərab içə bilərsiniz.
Günlük büdcə olaraq, 50-70euro kifayət edər.
9. ABŞ-New York
ABŞın payızında Central Park tamamən sarı yarpaqlara bürünmüş, sərin havalarda New York’u görmək ən uyğun zamandır. Göydələnlərin içərisində itib,anidən özünüzü Central Parkda tapa bilərsiniz. New Yorka gəldiyinizdə, Brooklyn Körpüsünü,şəhərdəki Metropol Sənət Muzeyini və American Museum of Natural History kimi tarixi məkanları gəzin. Broadway’de ən azı 1 oyun izləyin. Axşamları isə Soho-Little İtaly və ya China Town bölgələrində dolaşıb,gözəl bir şam yeməyi yeyin.
Günlük büdcə olaraq,80$ kifayət edər. Təbii ki, sizin istəklərinizə görə məbləğ dəyişə bilər.
10. Hollandiya-Amsterdam
Havalar soyumadan gəzmək üçün maraqlı ölkələrdən biri.
Bir velosiped kirayələyib kirəmitdən hazırlanmış evlərin qarşısından rahatlıqla keçib,kanallar boyu küçə-küçə gəzin. Hər kəsin sadəcə öz həyatını yaşadığı bu ölkədə Vondelpark’da göldə ayaqlarınızı uzadıb təbiəti izləyə, Dam meydanında bir kafedə oturub gəlib-gedəni seyr edərək kofe içə bilərsiniz. Van Gogh, Rijks museum kimi muzeyləridə səyahət edə bilərsiniz.
Günlük büdcə olaraq,50-70euro kifayət edər.