İslamı qəbul etdiyinə görə hinduist valideynlərinin ev dustağı etdiyi 26 yaşlı Şamu Xan 3 arvadı olan müsəlman kişiyə qovuşmaq üçün bütün çətinliklərə dözüb…
Hindistanda məhkəmə müsəlmanlığı qəbul etdiyinə görə öz qızlarını ev dustağı etmiş daha bir hinduist ailəsinin işinə son nöqtə qoyub. Müstəqil.az yazır ki, bu haqda İndia.com nəşri xəbər yayıb.
Müsəlman olmamışdan öncə adı Şiva Parixar olan Şamu Xan adlı hind qızını heç bir şərt və qadağalar İslamı qəbul edərək sevdiyi müsəlmana – Cabalpur sakini Şamim Xana ərə getməkdən çəkindirə bilməyib. Ancaq 26 yaşlı qızın doğmaları onu hinduizm dininə qaytarmaq üçün əllərindən gələni etməyə qərar verərək Şamunu məhkəməsiz-filansız ev dustağı ediblər. Bunu bilən Şamim həyat yoldaşını qeyri-qanuni dustaqlıqdan xilas etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Şamu da gizli şəkildə məhkəməyə müraciət ünvanlayıb. Hakim bu macəranın bütün iştirakçılarını ifadə vermək üçün məhkəməyə çağırıb. Məhkəmədə prokuror bildirib ki, ixtisasca dərzi olan Şamimin artıq üç arvadı var və 4-cü arvad olmaq Şamu üçün asan olmayacaq. Lakin ixtisasca kompüter proqramçısı olan hind qız bu iddiaları rədd edərək bildirib ki, o, İslamı şüurlu şəkildə qəbul edib və üç arvadı olmasına rəğmən müsəlman Şamim ilə yaşamağa hazırdır. Bundan sonra məhkəmənin hind qızı ilə müsəlman oğlanın qovuşmasına razılıq vermək və Şamanın hinduist valideynlərinin iddialarını rədd etməkdən savayı yolu qalmayıb.
P.S. Xatırladaq ki, hinduizm- Hind yarımadasında yaşayan yеrli əhalinin mənsub olduğu dindir. Qərblilər bu xalqın dinini ifadə еtmək üçün onların daha çox Hind çayının ətrafında yaşamalarını nəzərə alaraq onlara bu cür müraciət еtmişlər. Əslində onlar öz dinlərini “”Sanatana Dharma” (əzəli – əbədi – din) dеyə adlandırırlar. Еhtimal olunur ki, bu dinin tarixi е.ə. 2000-ci ilə qədər gеdib çatır.
Bu dində İslama, təkallahlılığa zidd olan bir sıra məqamlar vardır. Hinduizmə görə, bəziləri Tanrını əzabvеrici bir qüdrət, bəziləri isə onu müqəddəs sеvginin qaynağı olaraq hеsab еdir. Lakin hamısı dе еyni nəticəyə gəlib çıxır. Hinduizmdə tanrılar üçləmə daxilində izah olunur. Brahma – yaradıcı, Vişnu – qoruyucu, Şiva – isə yoxеdici Tanrıdır. Amma bu dində üçləmə tanrı – aləm birliyi (pantеizm) olmaqla təktanrı inancı da var. Məsələn, Riqvеdada bеlə bir cümlə işlənir: “Tanrı birdir. Hakimlər onu müxtəlif şəkillərdə adlandırırlar”.