Hədsiz kədərlənmək infarkt təhlükəsi yaradır… – ARAŞDIRMA…

Elm adamları bildirir ki, emosional stresin ürək üzərində yaratdığı təsir, eyni infarkt kimi ciddi problemlərə yol açır. Əgər güclü emosional stress yaşayırsınızsa, bu ürəyinizdə daimi bir pozuntuya səbəb ola bilər.
Müstəqil.Az xəbər verir ki, tədqiqatçılar kədər sindromunun ürəyi zəiflətdiyini və müalicəsi olmadığını deyir.
Hədsiz kədər və stress ürək əzələsinin zəifləməsinə səbəb olur. Həkimlər indiyə qədər bu vəziyyətin keçici olduğunu və zamanla yaxşılaşacağını hesab edirdilər. Ancaq indi, bu vəziyyətin müvəqqəti olmadığı məlum olub.
Tədqiqatçılar emosional stress nəticəsində sinə ağrısı və nəfəs darlığına səbəb olan “takotsubo” xəstəliyindən əziyyət çəkən 37 xəstəni iki il boyunca nəzarətdə saxlayıb. Uzun müddətdən sonra xəstələrin normadan çox yorulduqları və məşq etməkdə çətinlik çəkdikləri ortaya çıxıb.
Araşdırmaya görə, hər hansı səbədən kədərlənən şəxslərə infarkta qarşı qəbul edilən dərmanı vermək lazımdır. Həkimlər həddindən artıq stressin ürəkdə olan 4 kameradan, ancaq sol mədəciyin dəyişməsinə səbəb olduğu bildirirlər.
Share: