Ermənilər Mincevan qəsəbəsində yeni çoxmənzilli yaşayış binası tikirlər…
Erməni mediasının verdiyi xəbərə görə, bu günlərdə Zəngilanın “Muş” adlanan kəndlərindən birində Xankəndindəki qondarma rejimin “dövlət naziri” Araik Arutyunyanın iştirakıyla yenidən tikilmiş məktəb binasının açılışı keçirilib.
Məktəbə aprel döyüşlərində ölmüş Armenak Urfanyanın adı verilib.
Bundan sonra A.Arutyunyan “Kaşataq” Xeyriyyə Fondunun dəstəyi ilə Zəngilanın Mincevan qəsəbəsində çoxmənzilli binanın, Qubadlının “İşxanadzor” adlandırılmış Xanlıq kəndində 15 yeni evin tikintisi ilə tanış olub.
Müstəqil.Az