AST Telmanın ikinci qardaşı da həbs edildi

Məşhur azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun ikinci qardaşı Vaqif də həbs edilib.

Müstəqil.Az  xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Moskva məhkəməsi qərar verib.

Qeyd edək ki, məhkəmənin qərarı ilə Telman İsmayılov barəsində beynəlxalq axtarış elan edilib. Biznesmenin digər qardaşı Rafiq İsmayılov da həbs edilib. Onlar 2 nəfərin ölümündə, eləcə də qanunsuz silah gəzdirməkdə təqsirli bilinirlər.

 

Share: