9 nəfərin başını kəsib, cəsədlərini doğradı – QANDONDURAN HADİSƏ

Yaponiyanın paytaxtı Tokioda bir evdən 9 nəfərin başı kəsilmiş və doğranmış cəsədi tapılıb.

 

Müstəqil.Az  xəbər verir ki, polis öncə bir buz qutusunda 2 nəfərin başını tapıb. Ancaq axtarışlar nəticəsində daha 7 baş və onlarla cəsəd parçası aşkar edilib.

 

Həmin evdə yaşayan 27 yaşlı Takahiro Şiraişi şübhəli şəxs qismində həbs edilib.

 

Şübhəli şəxs ilkin dindirilmə zamanı cinayətlərini etiraf edib. O, 8-i qadın olmaqla, 9 nəfəri qətlə yetirdiyini, cinayətləri ört-basdır etmək üçün də cəsədləri doğradığını deyib. Axtarışlar zamanı onun evindən cinayətlərdə silah kimi istifadə etdiyi mişar tapılıb.

 

Polis bu qandonduran hadisəni 23 yaşlı bir qadının qəflətən yoxa çıxmasından sonra aşkarlayıb. Onlar təhlükəsizlik kamerasında itkin düşən qadını izləyib və Takahiro Şiraişi ilə münasibəti olduğunu aşkar edib.

 

Yaponiya mediası cinayətkarla qadının intihar hadisələri haqqında bilgi verən bir internet saytında tanış olduğunu bildirib.

Müstəqil.Az

 

Share: