Avstriyalı rəssam Ferdinand Qeorqun 1860-cı ildə çəkdiyi və “Gözlənilən” adlandırdığı əsəri müzakirə edilib. İddia edilir ki, şəkildəki qadın əllərində “iPhone” markalı mobil telefon oynadır.
Publika.az xəbər verir ki, Şotlandiyanın sabiq dövlət qulluqçusu Piter Rassel (Peter Russell) bu barədə açıqlama verib. Onun sözlərinə görə, illər əvvəl çəkilən rəsm bu gün gənc nəslin hərkətlərini xatırladır:
“Məni ən çox təəccübləndirən şəkilin texnologiya ilə bağlılığı oldu. Şəkildə təsvir edilən qızın, əlində mobil telefon oynadaraq hərəkət etməsi, dövrün texnologiyadan ayrı qala bilməyən cavanlarını xatırladır”.
Avstriyanın incəsənət muzeyinin işçisi Herald Vaynpolter (Gerald Weinpolter) isə iddialara cavab olaraq, qızın əlində telefon yox, kiçik miniatür dua kitabının olduğunu deyir:
“Sözügedən rəsm əsərində mobil telefon yox, kiçik dua kitabçası təsvir edilib. Qız isə dua etmək üçün məscidə gedir. Əsərin konteksti bundan ibarətdir”.