2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampa rəqib olacaq şəxslərdən daha iki nəfərin adı bəlli olub.
Müstəqil.Az xəbər verir ki, prezidentliyə namizədlərdən biri ABŞ-ın sabiq şəhərsalma naziri Culian Kastro, digəri isə İraq müharibəsinin iştirakçısı, Təmsilçilər Məclisinin üzvü Tulsi Qabbarddır.
Meksikalı qaçqınının nəvəsi olan 44 yaşlı Kastronun seçiklərdə tək latın namizəd olacağı gözlənilir.
Tulsi Qabbard isə 2012-ci ildə Təmsilçilər Məclisinə seçilən ilk hindu üzvdür.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Demokratlar Partiyasının üzvü Elizabet Uorren də prezidentliyə namizəd olduğunu elan etmişdi.
Büllurə Yunus