Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.
Müstəqil.Az Modern.az-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev zavodu işə salıb.
Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.
Müstəqil.Az