Böyük Britaniyanın Baş naziri Tereza Meyin Krımla bağlı sərt tənqidinə cavab olaraq Rusiya XİN xanım siyasətçini Krım şərabına qonaq olmağa dəvət edib.
Müstəqil.Az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi Tvitter hesabında yazılıb.
Rusiya XİN Tereza Meyin əlində şərab badəsi tutduğu bir fotonu paylaşaraq “Əziz Tereza ümid edirik ki, nə vaxtsa Krım “Massandra”sının dadına baxacaqsınız”, – bildirib.
Qeyd edək ki, Tereza Mey xarici siyasətlə bağlı illik çıxışında Rusiyanı kəskin şəkildə tənqid etmişdi.
Müstəqil.Az