“Ümumdünya uşaq günü” və uşaq hüquqları ayı münasibətilə 144 saylı məktəbdə tədbir

20 oktyabr-20 noyabr arasındakı tarix ölkəmizdə “Uşaq hüquqları”ayı elan olunub.Aylığın keçirilməsində məqsəd BMT-nin uşaq hüquqları konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr ÜMUMDÜNYA UŞAQ GÜNÜ ərəfəsində azyaşlılara diqqətin artırılması,uşaq hüquqlarının qorunması haqqında vəziyətin yaxşılaşdırılmasıdır.

Müstəqil.Az bildirir ki,Bu məqsədlə bir çox yerlərdə olduğu kimi BAKI şəhəri,Binəqədi rayonu N.Babayev adına 144 saylı məktəbdə 5 c sinif sagirdləri sinif rəhbərləri Aynur Əliyevanın və məktəb rəhbərliyinin təşəbbüsü ilə tədbir təşkil ediblər.Direktor Həcər Mahmudova bu tədbirin əsas məqsədinin uşaqların öz hüquqları,vəzifələri ilə yaxından tanış olmaları,bu ruhda tərbiyə olunması olduğunu vurğulayıb.

Tədbirdə sinfin fəal və istedadlı sagirdləri öz bacarıqlarını göstərmiş,çəkdiyi rəsmlər,şeir və musiqi nömrələri ilə çıxış ediblər.

Uşaqlae Günəş ARB tv-yə də müsahibələr verib,öz hüquqları haqqında söhbət açıblar.

Müəllif: Aysel SƏFƏRLİ

 

 

Share: