Dünən gecə Ağdamda baş verən zəlzələdən sonra kiçik təkanlar qeydə alınır.
Bunu Trend-ə AMEA Respublika Seysmoloj Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, dünən gecə Ağdamda baş verən zəlzələdən sonra enerji boşalması baş verir.
Q.Yetirmişli əlavə edib ki, həmin zəlzələ fəsadlar törədə bilən zəlzələ deyildi:
“Yerin 25 km dərinliyində olan və o gücdə olan zəlzələ dağıdıcı gücə malik deyil. Bizim Ağdamda olan seysmik stansiyamız elə düz episentrdə yerləşir. Stansiyada heç bir adi çat da əmələ gəlməyib. Normal tikililərlədə bu zəlzələ heç bir fəsadlar törədə bilməzdi. Kənd yerində zəif divar, tövlə tikirlər, onlarda çatlar əmələ gələ, lap divar tökülə də bilər. Amma normal tikililər üçün heç bir qorxu yoxdur”.
Müstəqil.Az