Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun səhhəti ilə bağlı Almaniyaya aparılması haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu sözləri Müstəqil.Az – a BŞİH başçısının müavin köməkçisi Bakı merinin beyin insultu keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Məlumatda qeyd edilib ki, mer hazırda işinin başındadır:
“Hazırda Hacıbala müəllim öz otağındadır. Səhhəti də yaxşıdır”.
Müstəqil.Az