Almaniyada qasırğa zamanı “Cessna 680” təyyarəsinin enişi videoya düşüb.
Kadrlarda biznes-cet Düsseldorf hava limanında sürəti saatda 120 kilometrə çatan güclü külək zamanı eniş edir. Əvvəlcə təyyarə bir tərəfdən digər tərəfə yellənir, uçuş-eniş zolağına çatanda pilot meyillik bucağını tənzimləməyə çalışsa da, təyyarə daha da güclü titrəyir.
Nəhayət, təyyarə eniş edəndə, qanadlardan biri yenidən sola əyilir, – ilğıma görə elə təəssürat yaranır ki, “Cessna” “asfaltda batır.”
“Təəccüblüdür ki, külək səbəbindən qanadlardan biri o qədər yuxarıya qalxıb ki, digəri elə bil uçuş-eniş zolağına dəyir. Əvvəllər heç vaxt belə mənzərə görməmişdim”, – videonun müəllifi deyir.