Polis Rusiya paytaxtındakı “Moskva” ticarət mərkəzinin 13 nömrəli çıxışı yaxınlığında namaz qılan 27 şəxsi həbs edib.
Moderator.az xəbər verir ki, “Moskvovskaya qazeta” bu haqda Daxili İşlər Nazirliyinin regional idarəsindəki mənbəyə istinadla məlumat yayıb. Qəribə və gülüncdür ki, saxlanılanlardan 25 nəfər “icazəsiz mitinq keçirməyə görə”(Rusiya Federasiyası İnzibati Məcəlləsinin 20.2-ci maddəsinin 5-ci hissəsi) inzibati məsuliyyətə cəlb edilib. Onların arasında yalnız 2-si Rusiya vətəndaşı olub. Qalanları Mərkəzi Asiya və Türkiyədən işləmək üçün gəlıənlərdir. Tacikistanda yaşayan iki nəfər – Rusiya Federasiyasında daxil olma qaydalarını pozduğuna görə(RF İnzibati Məcəlləsinin 18.8-ci maddəsinin 3-cü hissəsi) həbs edilib.