Uğurlu britaniyalı iş adamı Richard Meyson, keçmiş həyat yoldaşı Ketini dələduzluqda ittiham edərək ondan 300 min dollar kompensasiya tələb edib. Keti və Richard 1987-ci ildə evlənib. 1995-ci ildə xanım Meyson ilk uşağını doğub. Dörd il sonra – əkiz oğulları dünyaya gəlir. Riçard uşaqları çox sevirdi və Keti ilə birgə həyatında uçaqlarının yeganə yaxşı bir xatirə olduğunu düşünürdü. 2007-ci ildə, ortaq dil tapa bilməyən cütlük boşanır. Lakin Riçard sevimli oğlanları ilə yaxından ünsiyyət qurmağa davam edirdi. Boşanma prosedurlarının şərtlərinə əsasən, Keti birdəfəlik beş milyon dollar , həmçinin ciddi məbləğdə aliment alır.
2016-cı ildə Liverpul şəhərindəki bir xəstəxanada milyonerə sümük fibrozu ilə diaqnoz qoyulub. Və müalicə edən həkim Richardə bildirir ki, o, uşaqlıqdan dölsüzdür və uşaqları ola bilməzdi. Milyonerin sözlərinə görə, onun dünyası parçalanmışdı. Ekizlərin DNT təhlili göstərir ki, 55 yaşındakı Richard onların bioloji atası deyil.
Böyük oğlu testdən imtina edərək, nə olur olsun Riçardı atası hesab edir. Ekizlərdən biri isə anasından inciyib, bütün əlaqələrini ailə ilə kəsir.
The Daily Mail qəzetinin verdiyi məlumata görə, məhkəmə Ketiyə keçmiş ərinə 300 min dollar ödəməyi qərara alıb. Keti dörd il başqa birisi ilə əlaqədə olduğunu etiraf edib. Eyni zamanda, qadın öz uşaqlarının əsl atasının şəxsiyyətini aşkar etməmək üçün məhkəmədən icazə alır. İndi onun böyük oğlu 23 yaşında, ikisi isə 19 yaşındadır.
Riçard deyir ki, o, artıq nə olduğunu və onun ətrafında nə baş verdiyini dərk edə bilmir.
Müstəqil.Az