Slovakiya keçirilən prezident seçkilərində qalibin adı müəyyənləşib.
Müstəqil.Az xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, səslərin 96,8 faizi artıq hesablanıb.
Nəticələrə əsasən, Pezinok şəhərindən olan 45 yaşlı vəkil Zuzana Çaputova prezident seçkilərinin qalibi olub. O, səslərin 58,3 faizini alıb, rəqibi Maroş Şefçoviç isə 41,7 faiz səs toplayıb.