Biləsuvarda AĞIR QƏZA

Biləsuvarda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Müstəqil.az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin digər avtomobilə çırpılması nəticəsində bir ailənin 3 üzvü: Bakı sakinləri – 2014-cü il təvəllüdlü Musayev Uğur İlyas oğlu, 2001-ci il təvəllüdlü Musayeva Tağmur İlyas qızı və 1968-ci il təvəllüdlü Ağayeva Sevda Bəxtiyar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: