Putinin sirli kababı – Prezidentin aşpazlıq qabiliyyəti

Vladimir Putin Tuva Respublikasında istirahətdə olarkən özü kabab hazırlayır.

Müstəqil.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Tuva Respublikasının rəhbəri Şolban Kara-ool bildirib.

O deyib ki, kabab üçün qatqıları Putin şəxsən özü hazırlayır.

“Prezident ət qızartmağı xoşlayır. Hər şeyi özü edir. Hazırladığı kabab əla alınır”, – deyə Kara-ool qeyd edib.

Kababın hazırlanma reseptinə gəldikdə isə Kara-ool bunu Putinin sirri olduğunu bildirib.

Share: