Millət vəkili Fazil Mustafa “Kazbekə şey basım fırranım” mahnısı ilə əlaqədar baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib.
Müstəqil.AZ xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.
Millət vəkili mahnıya video çəkən, narkomanlığı təbliğ edən meyxananı səsləndirən və mahnıya rəqs edən şəxslərin məsuliyyətə cəlb edilməsi istəyir:
Kim bu videonu bəyənibsə, Allah mütləq onların ocağını nəşələndirəcək, Kazbek dolduranlarla fərəhləndirəcək. Narkomaniyanı təbliğ edən bu fahişələrin başını keçəl vurdurub küçə süpürtdürmək ən faydalı islah işi olardı…Burada uşaqları belə bir klipə cəlb edənləri də ifşa etmək unudulmamalıdır”.