Azərbaycanlı məşhurlar çılpaq videosu yayılan qızlardan danışdı – VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gündür sosial şəbəkələrdə Bakıda villalardan birində çılpaq qızları əks etdirən video yayılıb.

Müstəqil.az xəbər verir ki, videonun yayılması ölkədə səs-küy yaradıb. Tanınmış sənət adamları bu əxlaqsızlığa biganə qalmayaraq videonun yayılmasına münasibət bildirib.

Nadir Qafarzadə bildirib ki, videodakı qızlar Azərbaycan qadını adına ləkədir:

“Bu gün saytlarda 3 pozğun insanın əxlaqsız videosu yayılıb. Onlara qız desəm, əsl azərbaycanlı qadınının adına ləkə gətirmiş olaram. Bu video ilə nə demək istəyirlər ki? Onsuz da bilirik ki, belə adamlar var, faizləri çoxdur. Onları paylaşaraq niyə reklam edək ki? Onlara haqq qazandıran dırnaqarası qadınlar var. Bunu başa düşmürəm ki, biz niyə bu hala düşdük? Bizi bu hala kim saldı? Allah yaxşıları qorusun və pisləri bizə çox görsün”.

Vasif Məhərrəmli isə bu videonu məcburiyyət qarşısında qalaraq paylaşdığını bildirib:

“Çox pis oldum ki, bu video 31 Mart Azərbaycanlıların Soyqrım |Günü yayılıb. Video onsuz da əlinizdə idi, bir neçə gün sonra da paylaşa bilərdiniz. Niyə məhz bu gün? Məni məcbur edən səbəblərdən biri də odur ki, qızımın 16, oğlumun da 5 yaşı var. Onlar instaqramda yayılan bu görüntülərdən nə görüb götürsünlər? Videonu yaymaqla siz qızları və oğlanları əxlaqsızlığa sürükləyirsiniz”.

Ədalət Şükürov da əxlaqsız görüntülərin 31 Mart Soyqırım günü yayılmasına etiraz edib:

“Çox təəssüf ki, bu mədəniyyətsizliyi hər kəs paylaşıb. Olmaz idi ki, bu videonu iki gün sonra paylaşasınız? Mütləq bu gün lazım idi? Deyəndə ki, İnstaqramdakı xəbər saytları bizi uçuruma aparır, siz mənə inanmırsınız. Bu gün bizim üçün ağır bir gün idi. Fikirləşin ki, nə edirsiniz”.(publika)

Share: