Vazgen, düşmən olduğun üçün demirəm, yaddaşımda heç də yaxşı uşaq kimi qalmadın. Burnunun suyunu tez-tez sağ qoluna silməyin, yağlı və çirkli əllərini üst-başına sürtməyin hələ də yadımdadı. Oyuncaqlarıma qarşı kobud rəftarını və xaincəsinə davranışını da xatırlayıram.
Erməni uşağı olsan da, sadəlöhv anam həmişə qayğını çəkirdi, səni diqqətsiz qoymurdu. Ancaq bizdə olduğun müddət ərzində anam məni həmişə səndən qorudu. Sənnən eyni qabda su içməməyi, əlindən nə isə alıb yeməməyi mənə tapşırdı. Və mən o vaxt bunun sənin pinti uşaq olduğuna görə edildiyini düşünürdüm. Sonradan biləcəkdim ki, erməni olduğunuz üçün, anam ata-bala sizin qab-qaşığınızı ayrı tutur, ayrı yuyub – yığışdırırmış. Hətta, bunu atan bilirmiş və ürəyincə olmasa da, işi keçdiyi üçün erməni hiyləgərliyilə gülə-gülə qarşılayırmış. 2 dəfə anan da bizə gəldi, deməli, rəhmətlik anamın işi bir az da artıb. Budəfə 3 üzdənirağın qab – qaşığını ayrı tutub, ayrı yuyub – yığışdırıb. Söz ki, sizin üzdəniraq olmanızdan düşdü, eşitdiyimə görə, tamahını saxlaya bilməyib sizin qadınlarla bir yatağa girən Azərbaycan kişiləri sonradan təmizliyə çıxmaq, paklaşmaq üçün müxtəlif fərqli vasitələrə əl atırmışlar. Deməli, bütün hallarda siz haram və üzdəniraqsız…
Vazgen, rəhmətlik atam lənətlik atana xoruzun yekəsini, quzunun kökünü kəsirdi, erməni də olsa, qonaqdı, sənətkardı, ustadı deyirdi. Anam tikənin yekəsini və yağlısını sənə çəkirdi. Burnundan gəlsin, doyunca daddın o gözəl nemətlərdən. Ə, köpəkoğlu, siz çox abırsız toplumsuz, bunu şübhəsiz ki, bilirsən. Mahnılarımıza qulaq asıb dediniz bizimdi, balabanımızın həzin səsini dinləyib mənimsəmək istədiniz, dadlı- duzlu yeməklərimizi zəhərlənib adınıza çıxdınız, cənnət torpaqlarımızda gəzib – dolanıb “bizimdi” dediniz. Görürsən, həm də sizin əqidə və niyyətiniz də haramdı…
Vazgen, sənin nadan toplumunun Xocalıda, Laçında, Kəlbəcərdə və digər yurd yerlərimizdə törətdyi vəhşilikdən sonra, səndən adamlıq – zad ummağa dəyməz. Ancaq azərbaycanlıların içində çox olmusan, çörəyini yeyib, suyundan içmisən (yenə də burnundan gəlsin). Bəlkə ananın bətninə də bizimkilər tərəfindən oğurluq düşmüsən, ona görə də zərrəcə adamlığının olduğunu düşündüm.
Vazgen, mənim evim də İsmayıl kişinin, dostlarım Müşfiqin, Talehin evi kimi girovdu. Ə, köpəkoğlu, atana pul verib tikdirdiyimiz evimizi gətir ver mənə. Neçə illərdi mən “abrıma sığınıb” evimi istəmirəm. Bəs, sən niyə bu qədər həyasızlıq, alçaqlıq, ermənilik edirsən? Axı, yerimi bilirsən. Bakıdayam, Gəncədəyəm, Sumqayıtdayam, Lənkarandayam… Gətir evimi ver, torpağımı ver. Arada elə inciyib, küsürəm ki, səndən. İnciməyim bəlkə, küsməyim bəlkə?!. Uşaqların dediyinə görə, vaxtıilə sizə bəxş etdiyimiz İrəvandan Laçına, Kəlbəcərə yol çəkirsiz. Abadlıq- tikinti işləri aparırsız. Yoxsa torpaqlarımıza sahib çıxmaq istəyirsiz? Yoxsa, yoxsa…
Bəs, acından ölürük deyirsiz…. Deməli, yalan danışırsız. Hələ eşitmişəm ki, Kəlbəcərin min dərdə dərman olan İstisuyunu Gürcüstanda başqa adla satdırırsınız. Ay şərəfsiz, bu hərəkətiniz çox xətrimə dəydi, lap çox.
Vazgen, mənim işim sənnəndi. Sən lap ağ elədin. Nə qonşuluğu vecinə alırsan, nə də yediyin çörəyi haqqı- saya salırsan. Nə də illər öncə bizdə gördüyün hörməti qanırsan. Gerçəkdən sən nadan, namərd və nankor bir toplumun nümayəndəsisən. Qıçalarını sındıracam, 26 ildir evimi əlimdən almısan, uşaqlıq və gənclik xatirələrim məni indi dara çəkir, gətir evimi ver. Artıq dözüm –zad deyilən şey məndə qalmayıb. Bu, bəlkə yaşnan da bağlıdı.
Onu da nəzərinə çatdırım ki, təkcə mən evimi istəmirəm, laçınlılar, qubadlılar, zəngilanlılar, bütövlükdə qarabağlılar da artıq ev – eşiklərini istəyir. Hələ bu harasıdı, göyçəli, zəngəzurlu, bütövlükdə qərbi azərbaycanlılar da doğma yurd-yuvalarına dönməyə qəti qərarlıdılar. Başbilənlərinə də çatdır, artıq sizin ordan rədd olmalı, bizim isə oralara dönmək vaxtımızdı. Mən yenə böyük bir millətin nümayəndəsi olaraq səni xəbərdar etməyi özümə borc bildim. Axı, çörək kəsmişik. Nə isə, hələ çox şeyləri demirəm. ATƏT-dən, BMT-dən, İrandan, Rusiyadan, Fransadan, ayıbdı düşünürəm.
Vazgen, sənə salam düşmədiyi kimi, sağol da heç düşmür. Ona görə də yazıma birbaşa nöqtə qoydum.
Namiq Dəlidağlı