“Səkkiz uşaq idik, anam bilmirdi ki, hansı uşaq hansı gündə doğulub…” -Aqil Abbas kövrəldi

1 aprel yazıçı, millət vəkili Aqil Abbasın doğum günüdür. A.Abbas 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində anadan olub.
“Təbrikiniz üçün təşəkkür edirəm. Başqa günlərimi necə keçirirəmsə, bu günü də elə keçirirəm. Bir dəfə 50 yaşımda ad günü keçirmişəm. Ad günlərimi keçirməməyimlə bağlı bir povestimdə yazmışam. Evdə səkkiz uşaq idik, anam bilmirdi ki, hansı uşaq hansı gündə doğulub. Nə Məhəmməd Peyğəmbərin, nə də Enişteynin nəslindənəm nə olsun ki, doğulmuşam da. Çoxlu zənglər olur, dostlar təbrik edirlər”. 
A.Abbas belə gündə həyata keçməyən bir arzusundan da danışıb:
“Arzularımın çoxu həyata keçib və bir arzum qalıb ki, o da müharibə olandan sonra həyata keçəcək. Bunu da bildiniz nə arzudur. Bu günə kimi nə azrulamışamsa, çalışmışam ki, onu həyata keçirim. Amma arzular da gərək real olsun. Məsələn, nə Rusiya prezidenti, nə Almaniya kansleri, nə də Messi olmaq ürəyimdən keçmir”. (Gülür)(moderator)
Share: