Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.
Hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.(Report)
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məktəbli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
“Həkimlərin ilkin tibbi yardım göstərilib və xəstə dərhal əməliyyata götürülüb. Hazırda əməliyyat davam edir, vəziyyəti ağırdır”.