“Azərbaycanlı gözəli- 2019” müsabiqəsinin qalibi məlum olub.
MÜSTƏQİL.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yarışmada 16-35 yaşda olan xanımlar birinclik uğrunda mübarizə aparıblar.
Final gecəsində 14 xanım arasında seçim təkcə münsiflərin qərarı ilə deyil, eyni zamanda tədbirdə iştirak edən tamaşıçıların verdiyi səslər əsasında müəyyənləşib.
Səsvermə zamanı “Azərbaycanlı gözəli”nin birincisi Melissa Nuriyeva olub. O, “Show news” proqramına açıqlamasında xaricdə Azərbaycanı təmsil etmək arzusunda olduğunu bildirib.
Gecədə ikinci Ayşən Məmmədova, üçüncü isə Şakirə Quliyeva olub.
Bundan əlavə, qalib sosial şəbəkələrin gündəmini də zəbt edib. Əksər istifadəçilər M.Nuriyevanın “Azərbaycan gözəli” adına layiq olmadığını qeyd edib.
MÜSTƏQİL.Az