Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda struktur dəyişikliyinin aparılması barədə qərar verilib.
Tarix İnstitutundan verilən məlumata görə, yeni şöbənin yaradılması və 1 şöbənin adının isə dəyişdirilməsi qərara alınıb.
Elmi Şuranın qərarına əsasən institutda yeni yaradılacaq şöbənin adı “Azsaylı xalqların tarixi”dir və “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin isə adı dəyişdirilərək “Mənbəşünaslıq, tarixşünaslıq və tarixin nəzəriyyəsi” şöbəsi adlandırılıb.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, “Azsaylı xalqların tarixi” şöbəsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası və Prezident İlham Əliyevin multikulturalizm siyasətinə uyğun olaraq yaradılıb.